Təqaüd qalibi IB Diploma Proqramında təhsilini davam etdirir
Bakı Modern Təhsil Kompleksi 2025-ci il üzrə təqaüd proqramının nəticələrini açıqlayıb. Proqram IB Diploma Programme çərçivəsində 11–12-ci sinif şagirdlərini əhatə edib.
Seçim mərhələsinin nəticələrinə əsasən, Böyük Britaniyanın Orchard Park High School məktəbinin şagirdi Sofiya Kavalkova 100% təqaüd qazanaraq IB DP1 proqramına qəbul olunub. O, hazırda təhsilini həmin proqramda davam etdirir.
Kompleks bu nailiyyətin şagirdin akademik biliklərini, əzmkarlığını, məsuliyyətini və yüksək hədəflərə olan istəyini əks etdirdiyini bildirib. Yeni təqaüd proqramına müraciətlər artıq açıqdır.
