VII sinif şagirdləri Xocalı soyqırımını təsirli tamaşa ilə yad etdilər

View on Instagram

Kompleksimizin 7-ci sinif rus bölməsinin şagirdləri Xocalı soyqırımına həsr olunmuş təsirli və duyğusal tamaşa ilə çıxış etdilər.

Onların hazırladıqları səhnəcikdə faciənin ağrısı, günahsız insanların taleyi və xalqımızın yaddaşında silinməz iz buraxan o gecənin həqiqətləri bir daha xatırlandı. Şagirdlər böyük məsuliyyət və həssaslıqla çıxış edərək tariximizi anmağın və onu gələcək nəsillərə çatdırmağın vacibliyini nümayiş etdirdilər.

Tamaşa bir daha göstərdi ki, tariximizi unutmamışıq və unutmayacağıq, həqiqətləri dünyaya çatdırmaq üçün hər zaman birlikdə olacağıq.