Yeddinci sinif şagirdləri Xocalı soyqırımına həsr olunmuş tamaşa təqdim etdilər
Kompleksimizin rus bölməsinin 7-ci sinif şagirdləri Xocalı soyqırımına həsr olunmuş təsirli tamaşa ilə çıxış etdilər. Səhnəcikdə faciənin ağrısı, günahsız insanların taleyi və xalqımızın yaddaşında silinməz iz buraxan o gecənin həqiqətləri bir daha xatırlandı.
Şagirdlər böyük məsuliyyət və həssaslıqla çıxış edərək tariximizi anmağın və onu gələcək nəsillərə çatdırmağın vacibliyini nümayiş etdirdilər. Tamaşa bir daha göstərdi ki, tariximizi unutmamışıq və heç vaxt unutmayacağıq, həqiqətləri dünyaya çatdırmaq üçün hər zaman birlikdə olacağıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.













