Altıncı sinif şagirdləri Novruz ruhunu poeziya ilə canlandırdılar
Kompleksimizin Azərbaycan, rus və ingilis bölmələrinin 6-cı sinif şagirdləri Bahar bayramını sözün sehri ilə canlandırdılar.
Onlar görkəmli Azərbaycan şairləri Abdulla Şaiq, Məhəmməd Hüseyn Şəhriyar, Fikrət Qoca və Mikayıl Müşfiqin dərin mənalı misraları ilə baharın təravətini, yenilənmə ruhunu və Novruzun gözəlliyini təsvir etdilər.
