Müəllim və əməkdaşlar bilik və komanda bacarıqlarını sınadılar

View on Instagram

Kompleksdə müəllimlər və şöbə əməkdaşları üçün İntellektual Oyun keçirilib. Yarışmada 8 komanda və ümumilikdə 60–70 iştirakçı yer alıb.

İştirakçılar biliklərini, məntiqi düşünmə və komandada işləmə bacarıqlarını nümayiş etdiriblər. Tədbir kollektiv ruhunun, əməkdaşlar arasında həmrəyliyin və motivasiyanın güclənməsinə töhfə verib. Qalib komandalar təbrik olunub, bütün iştirakçılara təşəkkür bildirilib.