2026/2027-ci tədris ili üçün şagird qəbulu davam edir

View on Instagram

Bakı Modern Təhsil Kompleksində 2026/2027-ci tədris ili üçün şagird qəbulu davam edir. Təhsil Azərbaycan, rus və ingilis bölmələrində həyata keçirilir. Şagirdlər həmçinin Çin, ispan, alman və fransız dillərindən birini seçə bilərlər.

Kompleks Azərbaycan və beynəlxalq universitetlərə hazırlaşan şagirdlərə DİM, IB, Cambridge, SAT, IELTS, TOEFL və AP imtahanlarına hazırlıq, akademik dəstək və universitetə qəbul istiqamətləndirilməsi təqdim edir.

Şagirdlərə “Sabahın Alimləri”, Respublika Fənn Olimpiadaları, Fibonacci International Olympiads və digər yerli və beynəlxalq olimpiada və müsabiqələrdə iştirak üçün hazırlıq, istiqamətləndirmə və dəstək göstərilir. Bu imkanlar akademik təcrübəni genişləndirməyə, nailiyyətləri formalaşdırmağa və universitet müraciətləri üçün daha güclü portfolio yaratmağa kömək edir.