Şagirdimiz Dubayın iki universitetindən qəbul və təhsil haqqına güzəşt əldə edib

View on Instagram

Şagirdimiz İsmayıl Süleymanov University of Wollongong in Dubai və University of Birmingham Dubai universitetlərindən qəbul alıb.

İsmayıl University of Wollongong in Dubai universitetindən illik təhsil haqqına 15% endirimlə qəbul əldə edib.

University of Wollongong in Dubai Avstraliyanın nüfuzlu University of Wollongong universitetinin Dubay kampusudur. Universitet beynəlxalq akkreditasiyaya malik proqramları, müasir tədris yanaşması və güclü karyera imkanları ilə seçilir.

İsmayılı və Xaricdə Təhsil komandamızı bu möhtəşəm nailiyyət münasibətilə ürəkdən təbrik edir, onlara davamlı uğurlar arzulayırıq.