Şagirdlər Fibonacci Avrasiya Robot Olimpiadasına vəsiqə qazandılar
Bakı Modern Təhsil Kompleksinin şagirdləri 7–8 mart 2026-cı il tarixlərində keçirilən Fibonacci Azərbaycan Çempionatında yüksək nəticələr əldə ediblər.
I, II və III yerlərə, həmçinin münsiflər heyətinin xüsusi mükafatına layiq görülən komandalar Türkiyənin Antalya şəhərində keçiriləcək Fibonacci Avrasiya Robot Olimpiadasında Azərbaycanı və məktəbimizi təmsil edəcəklər.
Bu mərhələdə uğur qazanan iştirakçılar İtaliyanın Roma şəhərində keçiriləcək Fibonacci Dünya Çempionatının finalına vəsiqə əldə edəcəklər. Şagirdlərimizə uğurlar arzulayır və göstərilən dəstəyə görə təşəkkür edirik.










