Şagirdlər Zəfər Gününə həsr olunmuş konsert proqramını izləyiblər

View on Instagram

7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər bizimdir” adlı ədəbi-bədii konsert proqramını Bakı Modern Təhsil Kompleksinin şagirdlərinə təqdim edib.

Kompleksdə artıq ənənəyə çevrilən görüş bu dəfə də Zəfər sevincini bölüşmək üçün gözəl fürsət olub.