Şagirdlər pnevmoniya və şəkərli diabet mövzusunda təlimdə iştirak ediblər

View on Instagram

Bakı Modern Təhsil Kompleksinin həkimi tərəfindən şagirdlər üçün pnevmoniya və şəkərli diabet mövzusunda maarifləndirici təlim keçirilib.

Təlim zamanı şagirdlərə hər iki xəstəliyin yaranma səbəbləri, əsas əlamətləri, risk faktorları və profilaktik tədbirləri haqqında ətraflı məlumat verilib. Sağlam həyat tərzinin, düzgün qidalanmanın və erkən diaqnostikanın əhəmiyyəti də vurğulanıb.

Kompleksdə şagirdlərin sağlamlıqla bağlı biliklərinin artırılması və onlarda sağlam həyat vərdişlərinin formalaşdırılması məqsədilə maarifləndirici fəaliyyətlər mütəmadi olaraq davam etdirilir.