Bakı Modern Təhsil Kompleksində Zəfər Gününə həsr olunmuş konsert keçirilib
7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi Bakı Modern Təhsil Kompleksinin şagirdlərinə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər bizimdir” adlı ədəbi-bədii konsert proqramını təqdim edib.
Kompleksdə artıq ənənəyə çevrilən bu görüşlər bu dəfə də Zəfər sevincini bölüşmək üçün gözəl fürsət olub.
