Şagirdlər Ailə Günündə mədəni müxtəlifliyi nümayiş etdirdilər
Bakı Modern Təhsil Kompleksində müxtəlif mədəniyyətlərin zənginliyini və dəyərlərini bir araya gətirən nümunəvi Ailə Günü tədbiri keçirildi.
Müxtəlif ölkələri təmsil edən şagirdlər milli musiqi və rəqsləri yüksək səviyyədə təqdim etdilər, həmçinin fərqli xalqların mətbəx mədəniyyətini əks etdirən təqdimatlarla çıxış etdilər.
Təşəbbüs şagirdlərdə multikultural dəyərlərin formalaşdırılması, qarşılıqlı hörmət və anlayışın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qlobal düşünən, milli dəyərlərə hörmət edən və açıq dünyagörüşlü nəsil yetişdirmək Bakı Modern Təhsil Kompleksinin əsas prioritetlərindəndir.

















