Şagirdlər Ailə Günündə Mədəni Müxtəlifliyi Təqdim Ediblər

View on Instagram

Bakı Modern Təhsil Kompleksində keçirilən Ailə Günü müxtəlif mədəniyyətlərin zənginliyini və dəyərlərini bir araya gətirən yaddaqalan tədbir olub.

Müxtəlif ölkələri təmsil edən şagirdlər milli musiqi və rəqsləri təqdim edib, fərqli xalqların mətbəx mədəniyyətini əks etdirən təqdimatlarla çıxış ediblər.

Təşəbbüs şagirdlərdə multikultural dəyərlərin formalaşmasına, qarşılıqlı hörmət və anlayışın gücləndirilməsinə töhfə verib. Qlobal düşünən, milli dəyərlərə hörmət edən və açıq dünyagörüşlü nəsil yetişdirmək kompleksin əsas prioritetlərindəndir.