Şagirdlər Milli Suverenlik və Uşaq Bayramını qeyd ediblər

View on Instagram

Kompleksimizdə Milli Suverenlik və Uşaq Bayramı böyük coşqu, sevinc və qürur hissi ilə qeyd olunub.

Şagirdlərimizin hazırladığı rəngarəng çıxışlar, maraqlı səhnəciklər və musiqili proqramlar bayrama xüsusi ab-hava qatıb. Uşaqların sevinc dolu anları, gülüşləri və enerjisi bu əlamətdar günü daha da unudulmaz edib.

Gələcəyimizin təminatçıları olan uşaqlarımıza sağlam, uğurlu və parlaq gələcək arzulayırıq.