Şagirdlər Milli Suverenlik və Uşaq Bayramını rəngarəng çıxışlarla qeyd etdilər
23 Aprel Milli Suverenlik və Uşaq Bayramı kompleksimizdə böyük coşqu, sevinc və qürur hissi ilə qeyd olundu.
Şagirdlərimizin hazırladığı rəngarəng çıxışlar, maraqlı səhnəciklər və musiqili proqramlar bayrama xüsusi ab-hava qatdı. Uşaqların sevinc dolu anları, gülüşləri və enerjisi bu əlamətdar günü daha da unudulmaz etdi. Gələcəyimizin təminatçıları olan uşaqlarımıza sağlam, uğurlu və parlaq gələcək arzulayırıq.



















