Şagirdlər Novruz bayramını musiqi və milli çıxışlarla qeyd etdilər
Bakı Modern Təhsil Kompleksində Novruz bayramı böyük sevinc və coşqu ilə qeyd olundu.
Şagirdlərin iştirakı ilə keçirilən bayram tədbiri rəngarəng çıxışlar, milli musiqi və ənənələrlə zəngin oldu. Məktəb kollektivi bayram münasibətilə hər kəsi təbrik edərək ailələrə sevinc, bolluq, bərəkət və ümid arzuladı.

















