Şagirdlər Ailə Günündə mədəni müxtəlifliyi təqdim etdilər
Bakı Modern Təhsil Kompleksində keçirilən “Mədəniyyətlərin Birləşdiyi Ailə Günü” müxtəlif mədəniyyətlərin zənginliyini və dəyərlərini bir araya gətirdi.
Şagirdlər müxtəlif ölkələri təmsil edərək milli musiqi və rəqsləri təqdim etdilər, həmçinin fərqli xalqların mətbəx mədəniyyətini əks etdirən təqdimatlarla çıxış etdilər.
Təşəbbüs şagirdlərdə multikultural dəyərlərin formalaşmasına, qarşılıqlı hörmət və anlayışın güclənməsinə xidmət etdi. Qlobal düşünən, milli dəyərlərə hörmət edən və açıq dünyagörüşlü nəsil yetişdirmək Bakı Modern Təhsil Kompleksinin əsas prioritetlərindəndir.
