Şagirdlərimiz Fibonacci Beynəlxalq Olimpiadasında uğurlarına görə təbrik edildi
Antalyada keçirilən Fibonacci Beynəlxalq Riyaziyyat və Robot Olimpiadasında uğur qazanan şagirdlərimiz böyük sevinc və alqışlarla qarşılandı.
Onların əzmi, zəhməti və əldə etdikləri nailiyyətlər gələcəyin güclü beyinlərinin yetişdiyini bir daha nümayiş etdirir. Bu uğur şagirdlərimizin, müəllimlərimizin və valideynlərimizin birgə əməyinin nəticəsidir. Qaliblərimizi ürəkdən təbrik edir, onlara daha böyük nailiyyətlər arzulayırıq.
