Şagirdlərimiz Fibonacci Beynəlxalq Olimpiadasındakı uğurlarına görə təbrik edildi
Antalyada keçirilən Fibonacci Beynəlxalq Riyaziyyat və Robot Olimpiadasında uğur qazanan şagirdlərimiz böyük sevinc və alqışlarla qarşılandı.
Onların əzmi, zəhməti və əldə etdikləri nailiyyətlər bir daha sübut edir ki, gələcəyin güclü beyinləri məhz burada yetişir. Bu uğur şagirdlərimizin, müəllimlərimizin və valideynlərimizin birgə zəhmətinin nəticəsidir.
Qaliblərimizi ürəkdən təbrik edir, onlara gələcəkdə daha böyük uğurlar arzulayırıq.



















