Şagirdlər yeni layihə vasitəsilə rus dili və yaradıcılıq bacarıqlarını inkişaf etdirirlər
Bakı Modern Təhsil Kompleksinin rus dili müəlliməsi Aida Novruzova şagirdlərlə birlikdə növbəti layihəni həyata keçirib.
Bu layihələr çərçivəsində şagirdlər rus dili biliklərini daha da inkişaf etdirir və yaradıcılıq bacarıqlarını nümayiş etdirirlər. İnteraktiv yanaşma və fərqli təqdimat üsulları dərsləri daha maraqlı və yadda qalan edir.
Belə təşəbbüslər şagirdlərin dil bacarıqlarının formalaşmasında və özünəinamının artırılmasında mühüm rol oynayır.
