Şagirdlər yeni layihə çərçivəsində rus dili və yaradıcılıq bacarıqlarını inkişaf etdirirlər

View on Instagram

Bakı Modern Təhsil Kompleksinin rus dili müəlliməsi Aida Novruzova şagirdlərlə birlikdə növbəti layihəni həyata keçirib. Layihədə Rus bölməsinin 8-ci sinif şagirdi, Rusiya vətəndaşı Anna Smirnova da iştirak edib.

Layihə şagirdlərə rus dili biliklərini daha da inkişaf etdirmək və yaradıcılıq bacarıqlarını nümayiş etdirmək imkanı yaradır. İnteraktiv yanaşma və fərqli təqdimat üsulları dərs prosesini daha maraqlı və yadda qalan edir. Bu kimi təşəbbüslər şagirdlərin dil bacarıqlarının formalaşmasında və özünəinamının artmasında mühüm rol oynayır.