Şagirdlər Lənkəranın tarixi və təbiəti ilə tanış olublar
Şagirdlərimiz sinif yoldaşları ilə birlikdə həftə sonunu Lənkəranda yaddaqalan şəkildə keçiriblər. Onlar Xan Bulağı və Citrus Valley-də xoş vaxt keçirib, Xan Evi muzeylərini ziyarət edərək bölgənin tarixi və mədəni irsi ilə tanış olublar.
Yeni məkanlar, səmimi söhbətlər və bol təəssüratlarla yadda qalan bu səfər şagirdlər arasında dostluq bağlarını daha da möhkəmləndirib.
