Şagirdlərimiz Barselonanın memarlıq və mədəni irsi ilə tanış olublar

View on Instagram

İyunun 2-dən 6-dək İspaniyanın Barselona şəhərində keçirilən Fibonacci Beynəlxalq Riyaziyyat Olimpiadasının akademik fəaliyyətləri ilə yanaşı, şagirdlərimiz şəhərin tarixi və mədəni irsi ilə tanış olmaq imkanı əldə ediblər.

Şagirdlərimiz Barselonanın ən məşhur görməli məkanlarından olan La Sagrada Família və Park Güell-i ziyarət ediblər. Memar Antoni Qaudinin şah əsərləri hesab olunan bu abidələr tarix, incəsənət və memarlığın vəhdətini əks etdirərək şagirdlərimizin beynəlxalq təcrübəsinə dəyərli töhfə verib.