Şagirdlərimiz Olimpiada çərçivəsində Barselonanın futbol irsi ilə tanış olublar
2–6 iyun tarixlərində İspaniyanın Barselona şəhərində keçirilən Fibonacci Beynəlxalq Riyaziyyat Olimpiadası çərçivəsində şagirdlərimiz akademik fəaliyyətlərlə yanaşı, şəhərin tarixi və mədəni irsi ilə də tanış olmaq imkanı əldə ediblər.
Şagirdlərimiz dünyanın ən məşhur futbol məkanlarından biri olan Spotify Camp Nou stadionunu ziyarət ediblər. Onlar futbol tarixinin ən möhtəşəm arenalarından biri ilə yaxından tanış olaraq dünya idman mədəniyyətini kəşf etmək imkanı qazanıblar.
