Şagirdlər Təhsil Sərgisində Qlobal Universitet İmkanları ilə Tanış Olublar

View on Instagram

Bakı Modern Təhsil Kompleksində beynəlxalq təhsil imkanlarına həsr olunmuş Xaricdə Təhsil Sərgisi təşkil olunub.

Tədbir çərçivəsində dünyanın müxtəlif ölkələrindən 30-a yaxın nüfuzlu universitetin nümayəndələri Kompleksi ziyarət edərək şagirdlərlə birbaşa görüşüblər. Görüşlər zamanı şagirdlər xaricdə təhsil imkanları, qəbul tələbləri, təqaüd proqramları və akademik istiqamətlər barədə ətraflı məlumat əldə ediblər.

Sərgi şagirdlərə beynəlxalq ali təhsil mühiti ilə yaxından tanış olmaq, gələcək təhsil planlarını formalaşdırmaq və xarici universitetlərlə birbaşa ünsiyyət qurmaq imkanı yaradıb. Bakı Modern Təhsil Kompleksi şagirdlərin qlobal dünyaya inteqrasiyasını dəstəkləməyə və onların beynəlxalq uğurlar qazanması üçün imkanlar yaratmağa davam edir.