Şagirdlər olimpiadalara hazırlıq və uğura aparan strategiyalarla tanış olublar

View on Instagram

Bakı Modern Təhsil Kompleksində 8–10-cu sinif şagirdləri üçün Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Fuad Qarayevlə olimpiadalar mövzusunda maarifləndirici görüş keçirilib.

Görüş zamanı şagirdlərə olimpiadaların əhəmiyyəti, hazırlıq mərhələləri, düzgün strategiya seçimi və beynəlxalq yarışlara aparan yol haqqında məlumat verilib. Fuad Qarayev öz təcrübəsini bölüşüb, şagirdlərin suallarını cavablandırıb və onlara motivasiyaedici tövsiyələr təqdim edib.

Şagirdlərimizə gələcək olimpiadalarda uğurlar arzulayırıq.