Şagirdlər teatr tamaşası ilə zəngin mədəni səfər keçiriblər
Bu gün kompleksimizin 2–4-cü sinif şagirdləri Azərbaycan Dövlət Akademik Musiqili Teatrını ziyarət edərək “Bremen musiqiçiləri və Pen” tamaşasını izləyiblər.
Rəngarəng səhnə tərtibatı, maraqlı obrazlar və musiqi ilə zəngin tamaşa şagirdlərə unudulmaz anlar yaşadıb. Bu cür mədəni-kütləvi səfərlər şagirdlərin estetik zövqünün formalaşmasına, yaradıcılıq təfəkkürünün inkişafına və incəsənətə marağının artmasına töhfə verir.









