Şagirdlər La Salle Universitetində beynəlxalq akademik təcrübə qazandılar

View on Instagram

Barselonada yerləşən La Salle Universitetində keçirilən xüsusi təlim sessiyaları şagirdlərimiz üçün unudulmaz akademik təcrübəyə çevrildi.

Təlimlər La Salle Universitetinin Tətbiqi Riyaziyyat üzrə bakalavr proqramının koordinatoru Prof. Gabriel Mattioli Aramburu və süni intellekt üzrə mütəxəssis cənab Tiago Moreira de Abreu tərəfindən keçirildi. Şagirdlər riyaziyyat, innovasiya və süni intellekt sahələrində ən son yanaşmalarla tanış olaraq beynəlxalq akademik mühitdə yeni bilik və bacarıqlar qazandılar. Aparıcı mütəxəssislərlə görüşmək və onların təcrübəsindən faydalanmaq şagirdlərin gələcək akademik inkişafına mühüm töhfə verdi.