Şagirdlərimiz Barselonada keçirilən beynəlxalq riyaziyyat olimpiadasında iştirak ediblər
2–6 iyun tarixlərində şagirdlərimiz İspaniyanın Barselona şəhərində La Salle Universitetinin ev sahibliyi ilə keçirilən Fibonacci Beynəlxalq Riyaziyyat Olimpiadasında uğurla iştirak ediblər. Onlar riyaziyyat üzrə bilik və bacarıqlarını nümayiş etdirərək uğurlu nəticələr əldə ediblər.
Proqram çərçivəsində şagirdlər La Salle Universitetinin riyaziyyat və süni intellekt sahələri üzrə professorlarının keçirdiyi xüsusi təlimlərdə iştirak ediblər. Təlim proqramını uğurla başa vuran şagirdlər professorlar tərəfindən sertifikatlarla təltif olunublar.
Şagirdlər, həmçinin Barselonanın tarixi və mədəni irsi ilə tanış olub, şəhərin görməli məkanlarını ziyarət ediblər.









