Şagirdlərimiz Barselonada beynəlxalq riyaziyyat olimpiadasında uğur qazandılar

View on Instagram

2–6 iyun tarixlərində şagirdlərimiz İspaniyanın Barselona şəhərində La Salle Universitetinin ev sahibliyi ilə keçirilən Fibonacci Beynəlxalq Riyaziyyat Olimpiadasında uğurla iştirak etdilər.

Şagirdlərimiz riyaziyyat üzrə bilik və bacarıqlarını nümayiş etdirərək uğurlu nəticələr əldə etdilər. Onlar, həmçinin, La Salle Universitetinin riyaziyyat və süni intellekt sahələri üzrə professorlarının keçirdiyi xüsusi təlimlərdə iştirak edərək yeni bilik və təcrübələr qazandılar. Təlim proqramını uğurla başa vuran şagirdlər professorlar tərəfindən sertifikatlarla təltif olundular.

Akademik fəaliyyətlərlə yanaşı, şagirdlərimiz Barselonanın tarixi və mədəni irsi ilə yaxından tanış oldular və şəhərin görməli yerlərini ziyarət etdilər.