Şagirdlər I yarımildəki yüksək nailiyyətlərinə görə təltif olundular

View on Instagram

Bakı Modern Təhsil Kompleksində 2025–2026-cı tədris ilinin I yarımili üzrə yüksək nailiyyətlər göstərmiş şagirdlərin mükafatlandırılması mərasimi keçirilib.

Kompleksin Azərbaycan, Rus və İngilis bölmələrinin orta siniflərində təhsil alan şagirdlər əldə etdikləri nailiyyətlərə görə təltif olunublar. Onların uğurları məqsədyönlü fəaliyyət, davamlı zəhmət, məktəbin keyfiyyətli təhsil mühiti və valideyn-məktəb əməkdaşlığının uğurlu nəticəsi kimi dəyərləndirilib.

Tədbir zamanı şagirdlərin nailiyyətləri xüsusi vurğulanıb və onların gələcək uğurlarına inam ifadə olunub. Şagirdlər təbrik edilib, onlara təhsil həyatlarında davamlı nailiyyətlər arzulanıb.