Şagirdlər I yarımildəki yüksək nailiyyətlərinə görə təltif olunublar

View on Instagram

Bakı Modern Təhsil Kompleksində 2025–2026-cı tədris ilinin I yarımili üzrə yüksək nailiyyətlər göstərmiş şagirdlərin mükafatlandırılması mərasimi keçirilib.

Azərbaycan, Rus və İngilis bölmələrinin orta siniflərində təhsil alan şagirdlər əldə etdikləri uğurlara görə təltif olunublar. Bu nailiyyətlər şagirdlərin məqsədyönlü fəaliyyəti, davamlı zəhməti, məktəbin keyfiyyətli təhsil mühiti, eləcə də valideyn və məktəb əməkdaşlığının uğurlu nəticəsi kimi dəyərləndirilib.

Tədbir zamanı şagirdlərin nailiyyətləri xüsusi vurğulanıb və onların gələcək uğurlarına inam ifadə olunub. Məktəb kollektivi şagirdləri təbrik edir və onlara təhsil həyatlarında davamlı nailiyyətlər arzulayır.