Şagirdlər birinci yarımildəki yüksək nailiyyətlərinə görə təltif olunublar
Bakı Modern Təhsil Kompleksində 2025–2026-cı tədris ilinin I yarımilində yüksək nailiyyətlər göstərmiş şagirdlərin mükafatlandırılması mərasimi keçirilib.
Kompleksin Azərbaycan, Rus və İngilis bölmələrinin ibtidai və orta siniflərində təhsil alan şagirdlər əldə etdikləri nailiyyətlərə görə təltif olunublar. Bu uğurlar şagirdlərin məqsədyönlü fəaliyyəti və davamlı zəhməti, məktəbin keyfiyyətli təhsil mühiti, eləcə də valideyn-məktəb əməkdaşlığının uğurlu nəticəsi kimi qiymətləndirilib.
Tədbir zamanı şagirdlərin nailiyyətləri xüsusi vurğulanıb və onların gələcək uğurlarına inam ifadə olunub. Məktəb kollektivi şagirdləri təbrik edir və onlara təhsil həyatlarında davamlı nailiyyətlər arzulayır.









