Şagirdlər elm müsabiqələri və fənn olimpiadaları ilə bağlı sessiya keçirdilər

View on Instagram

Növbəti tədris ilinə hazırlıq çərçivəsində 10-cu sinif şagirdləri Adil Əsgərov və İbrahim Məmmədov Kompleksin digər şagirdləri üçün “Sabahın Alimləri” müsabiqəsi və Respublika Fənn Olimpiadaları haqqında məlumat sessiyası keçirdilər.

Sessiyada olimpiadaya hazırlıq prosesi, iştirak qaydaları, uğur strategiyaları və elmi layihələrin hazırlanması barədə məlumat verildi. Şagirdlərin öz təcrübələrini həmyaşıdları ilə bölüşməsi gələcək uğurlar üçün motivasiyaedici və ilhamverici addım oldu.