Şagirdlər olimpiadalara hazırlıq və beynəlxalq yarışlar barədə məlumatlandırılıblar

View on Instagram

Bakı Modern Təhsil Kompleksində 8–10-cu sinif şagirdləri üçün akademik olimpiadalar mövzusunda maarifləndirici görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev iştirak edib.

Şagirdlərə olimpiadaların əhəmiyyəti, hazırlıq mərhələləri, düzgün strategiya seçimi və beynəlxalq yarışlara aparan yol haqqında ətraflı məlumat verilib. Fuad Qarayev öz təcrübəsini bölüşüb, şagirdlərin suallarını cavablandırıb və onlara motivasiyaedici tövsiyələr təqdim edib.

Şagirdlərimizə gələcək olimpiadalarda uğurlar arzulayırıq.