Şagirdlər futbol meydançasında dostluq görüşündə bir araya gəldilər
Bakı Modern Təhsil Kompleksində Sabis Sun International School və ADA School şagirdlərinin iştirakı ilə dostluq görüşü keçirilib.
Şagirdlər futbol meydançasında bir araya gələrək maraqlı və dinamik oyun nümayiş etdiriblər. Görüş onların komanda ruhunu gücləndirib və yeni dostluq əlaqələrinin qurulmasına şərait yaradıb. Qarşılaşma dostluq, birlik və sağlam rəqabətin gözəl nümunəsi olub.
