Şagirdlər Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tamaşa təqdim etdilər
7 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin istedadlı şagirdləri 26 Fevral – Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr olunmuş “Müthiş gecədən nurlu sabaha” adlı tamaşanı təqdim etdilər.
Səhnədə nümayiş olunan hər səhnə xalqımızın yaddaşına həkk olunan ağrılı tariximizi bir daha xatırlatdı, eyni zamanda birlik, ümid və gələcəyə inam mesajını çatdırdı. Şagirdlərin duyğulu çıxışları, vətənpərvərlik ruhu və yüksək səhnə mədəniyyəti tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı. Xocalı qurbanlarının əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
