Şagirdlər TOK sərgisində tənqidi düşünmə bacarıqlarını nümayiş etdiriblər
Bakı Modern Təhsil Kompleksində keçirilən TOK sərgisi şagirdlərin tənqidi düşünmə və analitik bacarıqlarını, eləcə də dünyaya fərqli baxışlarını nümayiş etdirib.
Sərgi zamanı şagirdlər biliklə real dünya arasındakı əlaqəni araşdırıb, müxtəlif perspektivlərdən yanaşmalarını təqdim edib, yaradıcılıq və tənqidi düşünmə bacarıqlarını nümayiş etdiriblər.
Sərgi biliyin yalnız öyrənilmədiyini, həm də sorğulandığını, təhlil edildiyini və tətbiq olunduğunu bir daha göstərib. Məktəb kollektivi şagirdləri ilə fəxr edir və onlara gələcək akademik uğurlar arzulayır.

















