Şagirdlər TOK sərgisində tənqidi düşünmə bacarıqlarını nümayiş etdiriblər
Baku Modern Təhsil Kompleksində keçirilən TOK sərgisində şagirdlərin tənqidi düşünmə və analitik bacarıqları, eləcə də dünyaya fərqli baxışları nümayiş etdirilib.
Sərgi zamanı şagirdlər biliklə real dünya arasındakı əlaqəni araşdırıb, müxtəlif perspektivlərdən fikirlər təqdim edib, yaradıcılıq və tənqidi düşünmə bacarıqlarını nümayiş etdiriblər. Sərgi biliklərin sorğulana, təhlil edilə və tətbiq oluna biləcəyini göstərib.
