Şagirdlərimiz Romada keçirilən beynəlxalq olimpiadalarda sertifikatlarla təltif olunublar
Şagirdlərimiz İtaliyanın Roma şəhərində keçirilən Fibonacci Beynəlxalq Riyaziyyat və Şimali Atlantik Elm Olimpiadalarında məktəbimizi uğurla təmsil edərək sertifikatlarla təltif olunublar.
Onların beynəlxalq arenada nümayiş etdirdikləri bilik və bacarıqlar qürurvericidir. Şagirdlərimizi bu nailiyyət münasibətilə təbrik edir, gələcək yarışlarda daha böyük uğurlar arzulayırıq.
