Şagirdlərin akademik və digər nailiyyətləri təltif mərasimində qeyd olunub
Bakı Modern Təhsil Kompleksində il ərzində yüksək akademik nəticələr qazanan və müxtəlif sahələrdə fərqlənən şagirdlərin təltif olunduğu tədbir keçirilib.
Tədbirdə şagirdlərin zəhmətinin və nailiyyətlərinin tanınmasının əhəmiyyəti vurğulanıb. Bakı Modern Təhsil Kompleksində şagirdlər öz potensiallarını reallaşdırmağa, liderlik keyfiyyətlərini inkişaf etdirməyə və gələcəyin uğurlu fərdlərinə çevrilməyə təşviq olunurlar.
Bu gün qeyd olunan nailiyyətlər sabahın daha böyük uğurlarının başlanğıcıdır.
