Şagirdlərimiz GERIO 2026 olimpiadasında ölkəmizi uğurla təmsil etdilər

View on Instagram

Şagirdlərimiz 4–7 may tarixlərində Daşkənd şəhərində keçirilən Great Eastern Renaissance International Olympiad (GERIO 2026) beynəlxalq olimpiadasında iştirak edərək uğurlu nəticələr əldə ediblər.

Onlar yalnız bilik və bacarıqları ilə deyil, həm də beynəlxalq mühitdə Azərbaycanı layiqincə təmsil etmələri ilə qürur mənbəyimiz olublar.

Səfər çərçivəsində şagirdlər Daşkəndin tarixi və görməli məkanlarını ziyarət edərək şəhərin zəngin mədəniyyəti və tarixi ilə yaxından tanış olublar. Şagirdlərimizi təbrik edir, onlara yeni beynəlxalq uğurlar arzulayırıq.