Şagirdlərimiz Fibonacci Beynəlxalq Riyaziyyat Olimpiadasında ölkəmizi təmsil ediblər
2–6 iyun tarixlərində İspaniyanın Barselona şəhərində keçirilən Fibonacci Beynəlxalq Riyaziyyat Olimpiadasında iştirak edən şagirdlərimiz beynəlxalq arenada ölkəmizi təmsil ediblər.
Olimpiada çərçivəsində keçirilən akademik fəaliyyətlərlə yanaşı, şagirdlər Barselonanın tarixi və mədəni irsi ilə də tanış olublar. Onlar şəhərin məşhur görməli yerlərini ziyarət edərək zəngin mədəniyyət, memarlıq və tarix nümunələrini kəşf edib, bilik və dünyagörüşlərini genişləndiriblər.
