Şagirdlərimiz İtaliyada keçiriləcək beynəlxalq olimpiadalara yola düşüblər
Şagirdlərimiz 12–16 may tarixlərində İtaliyada keçiriləcək Fibonacci Beynəlxalq Riyaziyyat Olimpiadasında və Şimali Atlantika Beynəlxalq Elm Olimpiadasında iştirak etmək üçün yola düşüblər.
Onlar bilik və bacarıqları ilə məktəbimizi və ölkəmizi beynəlxalq arenada təmsil edəcəklər. Komandamıza olimpiadalarda uğurlar, yüksək nəticələr və unudulmaz təcrübələr arzulayırıq.

