Şagirdlər Fibonacci Robot Olimpiadasındakı uğurlarından danışıblar
Musiqi müəllimi Xəyalə Subhanverdi Fibonacci Robot Olimpiadası – Süni İntellekt üzrə Musiqi Müsabiqəsində iştirak edən şagirdlərlə məktəbin xüsusi podkast buraxılışında söhbət edib.
Celestial Harmonies komandasını təmsil edən 4B sinif şagirdi İncinur Məmməd birinci, Golden Ratio Girls komandasını təmsil edən 3M sinif şagirdi Nərgiz Sadıqova isə ikinci yerə layiq görülüb. Şagirdlər podkast zamanı müsabiqə təcrübələri, hazırlıq prosesi və uğura gedən yolları haqqında danışıblar.
