Şagirdlər futbol görüşündə komanda ruhunu gücləndirdilər
Bakı Modern Təhsil Kompleksində Sabis Sun International School və ADA School şagirdlərinin iştirakı ilə dostluq görüşü keçirilib.
Şagirdlər futbol meydançasında bir araya gələrək maraqlı və dinamik oyun nümayiş etdiriblər. Görüş onların komanda ruhunu gücləndirməsinə və yeni dostluq əlaqələri qurmasına şərait yaradıb.
Qarşılaşma dostluq, birlik və sağlam rəqabətin gözəl nümunəsi olub.
















