Şagirdlər futbol yarışı ilə komanda işi və dostluq münasibətlərini möhkəmləndirdilər

View on Instagram

Bakı Modern Təhsil Kompleksi ilə 245 nömrəli məktəbin şagirdləri arasında Dostluq görüşü çərçivəsində futbol yarışı keçirilib.

Yarış rəqabət ruhu, komanda işi, qarşılıqlı hörmət və dostluq münasibətlərinin möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyıb.

Şagirdlərimiz həm meydanda, həm də meydandan kənarda yüksək idman ruhu, dostluq və əməkdaşlıq nümayiş etdiriblər. Bu cür görüşlər şagirdlərin sosial bacarıqlarının inkişafına və yeni dostluqların qurulmasına töhfə verir.