Şagirdlər “Yaşıl Gələcək Naminə” ağacəkmə aksiyasına qatıldılar
Bakı Modern Təhsil Kompleksinin şagirdləri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Yaşıl Gələcək Naminə” ağacəkmə aksiyasında iştirak ediblər.
Ekoloji dəyərlərin təbliği, ətraf mühitin qorunması və gələcək nəsillər üçün daha sağlam həyat mühitinin formalaşdırılması məqsədi daşıyan təşəbbüs şagirdlərin vətəndaş məsuliyyətini və təbiətə həssas münasibətini bir daha nümayiş etdirib.



















