Şagirdlər “Yaşıl Gələcək Naminə” Ağacəkmə Aksiyasına Qoşuldular
Bakı Modern Təhsil Kompleksinin şagirdləri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Yaşıl Gələcək Naminə” ağacəkmə aksiyasında iştirak ediblər.
Təşəbbüs ekoloji dəyərlərin təbliği, təbiətin qorunması və gələcək nəsillər üçün daha sağlam həyat mühitinin formalaşdırılması məqsədi daşıyıb. Aksiya şagirdlərin vətəndaş məsuliyyətini və ətraf mühitə həssas münasibətini bir daha nümayiş etdirib.
