Yay Məktəbinin şagirdləri sinifdən kənarda öyrənirlər
Bakı Modern Təhsil Kompleksinin Yay Məktəbi şagirdlərə yeni təcrübələr, dostluqlar və unudulmaz anlar bəxş etməyə davam edir.
Maraqlı ekskursiya proqramı çərçivəsində şagirdlər öyrənmə prosesini sinif otağından kənara daşıyaraq ətraf aləmi kəşf etdilər. Onlar həm əyləndilər, həm də müşahidə, araşdırma və komanda işi bacarıqlarını inkişaf etdirdilər.













